"Avrora" şirkəti Auditor vəzifəsinə vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, Bakı, Bərdə, Şəki və Quba çəhərlərini əhaə edən iş haqqında tələblər aşağıdakəlardır.
İş barədə məlumat
• Distrübyutor anbarlarında mövcud olan məhsulların sayımlarını həyata keçirmək və sayım nəticələrini raporlamaq;
• Fəaliyyət göstərilən ərazidə fakturaların, müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raporlamaq;
• Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və hesabatların hazırlanmasını həyata keçirmək;
• Müəyyən olunmuş normativlər əsasında satış şöbəsində çalışan işçilərin performanslarının dəyərləndirilməsini həyata keçirmək;
• Pul vəsaitləri üzrə risklərin aşkarlanmasını və raporlanmasını həyata keçirmək.
Tələblər
• Ali təhsil;
• MS Office proqramları biliyi;
• 1-3 il təftiş sahəsində təcrübə;
• Şəxsi avtomobil;
• Rus dili arzuolunandır;
• İnformasiya ilə işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti.
Şərtlər:
• 6 iş günü;
• Sağlmalıq sığortası;
• İş yeri: Bakı, Bərdə, Şəki və Quba regionları
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Auditor (Region adı)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son tarix : 2018-07-21