"Artisan Bakery" şirkəti salat ustası üçün vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, 500 AZN təklif olunan işin təsviri aşağıdakı kimidir:
Şəhər: Bakı
Yaş: 22 - 35 yaş
Təhsili: Fərqi yoxdur
İş təcrübəsi: 1 - 3 il
İş şəkli: Tam gün
Namizədə tələblər:
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların ilkin kulinar emalı qaydalarını bilməli;
- Hazırlanmada istifadə olunan inqrediyentlərin düzgün doğrama qaydasını bilməli;
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Rus dili və ya İngilis dili biliyi (orta səviyyədə) olması arzuolunandır.
İş barədə məlumat:
- Müxtəlif növ salatların və sendviçlərin hazırlanması;
- Sifarişlərin vaxtında çatdırılması və düzgün qablaşdırılması;
- Tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və çeşidlərə əsasən yerləşdirilməsi və düzülməsi.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.
Növbəli iş qrafiki :
- 1-ci növbə 07:00 – 15:00;
- 2-ci növbə 15:00 – 23:00.
Telefon: (055) 270-69-89