Çox vaxt məhsul seçimi edərkən qablaşdırmanın üzərində xırda şriftlərlə yazılmış yazıları oxumağa vaxt ayırmırıq. İstehsalçılar isə bundan faydalanaraq, məhsulun tərkibini oxunmaz şriftlərlə yazır, eyni zamanda qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar. Qida etiketi məhsulun “şəxsiyyət vəsiqəsi” kimidir. İstənilən qida məhsulunun etiketində məhsulun adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlanma şəraiti, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri əks olunmalıdır. Hər bir istehlakçıya qida məhsullarının etiketini şüurlu şəkildə oxuyaraq istehlak etmək tövsiyə olunur.