Soğan təbii antibiotik, antioksidant və vitamin mənbəyidir, ancaq doğranmış çiy soğanın zərərli olduğunu bilirdiniz?
Son araşdırmalardan məlum olub ki, doğru istifadə edilmədiyi zaman soğan infeksiya riskini artıraraq qida zəhərlənmələrinə gətirib çıxarır. Əgər doğradığınız soğan artıq qalıbsa, ağzı bağlı paketin içərisinə qoyub soyuducuda saxlamaq olar və yaxud evin hər hansı hissəsinə qoyaraq mikoröldürücü kimi istifadə edə bilərsiniz.
Soğanın insan orqanizminə faydalarından bəhs edək.
Soğan kalium, B və C vitamini ilə zəngindir. Təbii antibiotik olduğu üçün ürək-damar sağlamlığı üçün olduqca faydalıdır.
Evdə qrip olan biri varsa, gecə yatmazdan əvvəl dilimlənmiş soğanı otağa qoyun. Soğan qrip mikrobunu özünə çəkəcək və xəstəliyin başqasına keçməsinə mane olacaq.
Soğan tərkibindəki elementlər sayəsində xərçənglə mübarizə aparır, dərinin gözəlliyini qoruyur, infeksion xəstəliklərin müalicəsində istifadə olunur.
Soğan qanı təmizləyir. Burun qanamalarını dayandırır.
Sümüklərinizin sağlam olması üçün soğan yemək məsləhətdir. (Metbuat.az)