"Selman" firmasının istehsalı olan şoru bir neçə gün əvvəl evə almışam, üstündən bir az yeyiləndən sonra içindən ölü milçək çıxıb. Foodinfo.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri şikayət edib. Vətəndaş bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verdiyini bildirir.
Milçəyin şorun içindən çıxması istehsalat prosesinin hansı vəziyyətdə olduğunu göstərir.