Səhhətində problemi olmayan insanların kökəlməsinin iki əsas səbəbi açıqlanıb. Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.Ru məlumat yayıb.
Mütəxəssislər hesab edir ki, artıq çəkinin yaranmasının ilk səbəbi stressdir. Məhz stress fast food, şirniyyat, xəmir xörəklərinin istifadəsini artırır. Bu məhsulların tərkibində xoşbəxtlik hissi verən və asılılıq yaradan maddələr var.
İkinci səbəb keçmişdə yaşadığı emosional vəziyyətlər ilə əlaqəlidir. Bu vəziyyətdə insan özünü qoruma instinktini işə salır və artıq çəki sanki psixoloji təhlükəsizliyə çevrilir.
Psixoloqla hesab edir ki, bu səbəblərdən yaranan artıq çəki idman və pəhrizin köməyi ilə aradan qaldırıla bilməz. İnsan emosional zəkasını işlətməli və yeməyə münasibətini dəyişməlidir.
Leyla