“Taxıl sazişi”nin qüvvədə olması müddəti martın 18-də başa çatır. Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyənin müdafiə naziri Hulusi Akar sazişin davam etdirilməsi ilə bağlı səylərin davam etdiyini qeyd edib.
“Taxıl dəhlizi” ilə bu günə qədər 790 gəmi ilə 23,5 milyon tona yaxın taxıl daşınıb”, - deyə Akar bildirib.
Nurlan