Cənubi Afrikada Respublikasında biologiya fakültəsinin tələbəsi meşəyə getdikdə təsadüfən elmə məlum olmayan, “ağ ruh” adını alan göbələk tapıb.
Foodinfo.az xəbər verir ki, kəşf haqqında hesabat "Mycology" elmi jurnalında dərc olunub.
Tələbə göbələkdən nümunə götürərək tapıntı haqqında Keyptaunun Stellenbos Universitetinin mikologiya professoruna bildirib. Alimlər DNT-ni araşdırdıqdan sonra bunun "Hericium" cinsinə aid naməlum növ olduğunu təsdiqləyiblər.
Yeni göbələk Şekspirin “Ofeliya” adlı qəhrəmanı haqqında fransız şeirin şərəfinə "Hericium ophelieae" adlandırılıb. Bu şeirdə “ağ ruh”, “qar kimi gözəl”, “uzun vual” sözlərindən istifadə olunub. Tədqiqatçıların fikrincə, bu təriflər göbələyin görünüşünü təsvir edən ən yaxşı ifadələrdir.
Göbələk sərt ağaclarda bitir və ağacın çürüməsinə səbəb olur.
"Hericium" cinsinin nümayəndələrinin çox vaxt müalicəvi xüsusiyyətləri olur. Bura əsrlər boyu ənənəvi Çin təbabətində istifadə olunan Aslanın yalı ("Hericium erinaceus") göbələyi də daxildir.
Fərid