Türkiyənin şərqindəki Ərzincan vilayətində 26 əcnəbi tələbə zəhərlənib.
Tələbələr Əfqanıstan, Pakistan və İraq vətəndaşları olub.
Onların qidadan zəhərləndiyi məlum olub. Tələbələr xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, statistikaya əsasən, bu ilin yanvar ayında Türkiyədə 176 məktəbli keyfiyyətsiz qidadan zəhərlənib. (Trend)