Bu ilin 7 ayı ərzində ticarət və xidmət sektoruna verilən kreditlər artıb.
Foodinfo.az Azərbaycan Respublikası Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar – iyul aylarında Azərbaycanda ticarət və xidmət sektorunda çalışanlara 2289,7 mln manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.82% çoxdur.
İlin əvvəli ilə müqayisədə isə adı çəkilən sektora 7% daha çox kredit verilib.