Tropik gecə - temperaturun 20 ºC-dən aşağı düşmədiyi gecəyə deyilir. Getdikcə, daha çox istifadə edilən buna bənzər başqa bir termin "isti gecə"dir, lakin bu halda minimum temperatur 25ºC və ya daha yüksək olan gecə nəzərdə tutulure

 Foodinfo.az "Medicina”ya istinadən xəbər verir ki, bu gecələrdə narahatlıqların sayı artır. Xüsusən ürək damar problemləri ilə bağlı şikayətlərin sayı daha çox olur. Rus həkim Lebedev bu məsələni araşdırıb. Onun sözlərinə görə iddialar əsaslı hesab oluna bilər çünki “tropik gecələrdə " ürək və sinir xəstəlikləri kəskinləşə bilər.

Onun sözlərinə görə, tropik gecələrdə olan yüksək temperatur bir çox insanda mövcud olan xroniki patologiyaların kəskinləşməsinə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, havanın belə olması ilk növbədə ürək-damar, sinir və tənəffüs sistemlərinin xroniki xəstəliklərinin pozğunluqlarında və kəskinləşməsində özünü göstərə bilər. Əlavə olaraq, astma xəstələri, ürək xəstələri, qeyri-stabil psixikası və nevroloji problemləri olan insanlar, artıq çəkidən əziyyət çəkən insanlar çox isti, rütubətli gecələrdə özlərini xüsusilə pis hiss edə bilərlər.

Narahatlıq yaşayanların bir çox hallarda həkim müayinəsindən keçməsinin daha məqsədəuyğun olmasını qeyd edən Lebedeva həkimə müraciət etmək üçün mövcüd səbəbləri də sadalayıb.

Baş ağrısı, zəiflik, yuxululuq, sürətli ürək döyüntüsü, ürəyin işində fasilələr hissi, üzün alt nahiyələrində şişkinlik, gecə krampları, ürək bulanması, səhər oyanan zaman yorğunluq, təzyiqin qəfil dəyişməsi, əzalarını hərəkət etdirilməsində problem, kəskin nitq çətinliyi, üzün assimmetriyası həkimə getmək üçün xəbərdarlıq hesab oluna bilər.