Türkiyədə ərzaq qiymətlərində artım davam edir.

Foodinfo.az xəbər verir ki, mart ayında ölkədə istehsalçı ilə market qiyməti arasında ən çox fərq olan məhsul limon olub. Belə ki, qiymət fərqi 3,66 dəfədən çox olub.

Növbəti pillələrdə alma (2,6 dəfə), qırmızı mərcimək (2,09 dəfə), kişmiş (1,95 dəfə) qərarlaşıb.

İstehsalçıdan 3,5 lirəyə alınan limon 16,34 lirəyə satışa çıxarılıb. 5 lirəyə istehsalçının təqdim etdiyi alma isə marketlərdə 18 lirəyə satılıb.