Ukraynada yoxlama aparılan mağazaların 90 faizində qiymətlərin artırıldığı müəyyən edilib.
Foodinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məlumat yayıb.
Qurumdan həmçinin vətəndaşlara müraciət də edilib. Bildirilib ki, əsassız qiymət artımı müşahidə olunacağı halda dərhal aidiyyəti qurumlara məlumat verilməlidir.
Həmçinin vurğulanıb ki, yoxlamalar davam edəcək və qanunu pozanlara qarşı cərimələr tətbiq olunacaq.