2019-cu ilin yanvar-fevral aylarında ərzaq məhsulları və xidmətlər bahalaşıb.
Xeberle.com xəbər verir ki, fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz artıb.
Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, meyvə-tərəvəzlərin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətləri yüksəlib.
Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, mebelin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.
Həmçinin, fevral ayında mənzillərin icarə haqqı, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri qalxıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə, 1,9 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.