Bədən sağlamlığı haqqında xəbərdarlıq edən bəzi üz əlamətləri var. Foodinfo.az Piroqov Universiteti-yə istinadla xəbər verir ki, kardioloq Fransisko Lopes-Ximenes yüksək xolesterin səviyyəsini göstərən görünən əlamətləri açıqlayıb.

Onun sözlərinə görə, ilk diqqət çəkən əlamət ksantelazmalardır — göz qapaqlarında sarımtıl lövhələr. Bu lövhələrə malik xəstələrin yarısında qan analizində xolesterin səviyyəsi yüksək olur. Eyni zamanda, bu əlamətlər şəkərli diabet və qalxanabənzər vəzinin fəaliyyət pozğunluqlarına da işarə edə bilər.

İkinci əlamət isə kornea halqasıdır — gözün qəhvəyi hissəsini əhatə edən boz-ağ rəngli halqa. Bu halqa xarici korneanın üstündə və ya altında yerləşə, zamanla tam halqa formasına çevrilə bilər.

Mütəxəssis vurğulayıb ki, yüksək xolesterin səviyyəsi çox vaxt əlamətsiz keçir, lakin zamanla insult və ya infarkt riskini artırır. Həkim tövsiyə edir ki, açıq əlamətlərin gözlənilməsinə deyil, müntəzəm profilaktik tibbi müayinələrə üstünlük verilsin.