
Qidalanma uşaqlarda boy qısalığının əsas səbəblərindən biri olsa da, bu, tək faktor deyil – genetika, hormonlar, yuxu və fiziki aktivlik də bunda böyük rol oynayır.
Foodinfo.az xəbər verir ki, ət, yumurta, süd məhsulları və paxlalılar yetərli alınmazsa, böyümə yavaşlaya bilər.
Sümük inkişafı üçün süd məhsulları, yumurta, günəş işığı çox vacibdir.
Sink çatışmazlığı da boy qısalığında rol oynayır. Sink sümük inkişafında önəmlidir. Ət, balıq, qoz-fındıq və paxlalılar vacib mənbələrdir.
Həmçinin meyvə və tərəvəz az yeyiləndə də sümük və toxuma inkişafı zəifləyir.
Uşaq lazımi qədər kalori almazsa, böyümə dayanır və ya yavaşlayır.
Valideynlər qısaboylu olduqda da uşağın boyu da buna uyğun ola bilər.
Eyni zamanda, böyümə hormonu az olduqda boy inkişafı zəifləyir. Böyümə hormonu əsasən gecə ifraz olunur, buna görə uşaqların kifayət qədər yatması vacibdir.
İdman və fiziki hərəkətlər də sümüklərin uzanmasına kömək edir.
Əgər uşağın boyu yaşıdlarından xeyli qısadırsa, həkimə müraciət etmək və qidalanmasını diqqətlə nəzərdən keçirmək vacibdir. Balanslı qidalanma və aktiv həyat tərzi boy artımına müsbət təsir edir.