Uşaqlarda diyabet riskini artıran qidalar əsasən, yüksək şəkər və emal edilmiş karbohidratlar tərkibinə malik olan qidalardır. Bu cür qidalar insulin müqavimətinə səbəb olur, bu da uzun müddətdə tip 2 diabet riskini artırır.
Foodinfo.az uşaqlarda diyabet riskini artıran bəzi qida qruplarını təqdim edir:
1. Şəkərli içkilər və qazlı içkilər
Kola, meyvə şirələri, enerji içkiləri kimi yüksək şəkər tərkibli içkilər qan şəkərini sürətlə yüksəldir və insulinin daha çox iş görməsinə səbəb olur.
2. Şəkərli qidalar və desertlər
Tortlar, peçenye, şokolad, dondurma və digər desertlər yüksək miqdarda şəkər və yağ tərkibli olduğu üçün uşaqlarda piylənməyə və insulinin daha pis fəaliyyət göstərməsinə yol aça bilər.
3. Ağ un məhsulları
Ağ çörək, makaron, ağ düyü kimi yüksək emal edilmiş karbohidratlar tez bir zamanda qana şəkər verir və insulinin sürətlə işləməsinə səbəb olur.
4. Qızardılmış və yüksək yağlı qidalar
Fast-food məhsulları, qızardılmış toyuq, kartof qızartması və digər qızartmalar insulinin düzgün işləməsini əngəlləyən piylənməyə səbəb olur.
5. Emal edilmiş qidalar
Çipslər, şirniyyatlar, paketlənmiş qəlyanaltılar yüksək şəkər və yağ tərkibli olduqları üçün diyabet riskini artırır.
Bu qidalardan mümkün qədər uzaq durmaq və uşaqlara balanslı bir pəhriz təklif etmək vacibdir. Meyvələr, tərəvəzlər, tam taxıllar və zülallar uşaqların sağlam qidalanması üçün önəmli qidalardır.