Qaya duzu təbii yolla daşlaşmış duz təbəqələrindən əldə edilən və minimal emal olunan bir duz növüdür. Foodinfo.az xəbər verir ki, bu duz təbiətdəki digər duz mənbələrinə nisbətən daha saf və minerallar baxımından daha zəngin hesab olunur. 

Qaya duzunun faydaları:

Bu duz orqanizm üçün vacib olan minerallarla, xüsusilə maqnezium, kalsium, dəmir və kalium ilə zəngindir. Bu minerallar bədənin müxtəlif funksiyalarında mühüm rol oynayır və sağlamlığı dəstəkləyir.

Qaya duzundan hazırlanmış su və ya bədən vannaları dəridən toksinləri çıxarır və dərini canlandırır. Eyni zamanda dərini yumşaldır və qidalandırır.

O, mədə turşuluğunu tənzimləməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Həzm problemləri, şişkinlik və ya qəbizlik kimi hallarda qaya duzunu su ilə qarışdırıb içmək faydalıdır.

Tərkibindəki minerallar vasitəsilə bədəndə elektrolit balansını saxlayır və bu, xüsusilə idmançılar və ya fiziki fəaliyyətlə məşğul olan insanlar üçün vacibdir.

Adi duzdan fərqli olaraq qaya duzu daha aşağı sodyum tərkiblidir və bu, qan təzyiqinə daha az təsir edir. Həmçinin qaya duzu ürək-damar sağlamlığına müsbət təsir göstərir.