Corablara limon sıxmaq ayaq gigiyenası və rahatlığı üçün təbii bir üsul olaraq tətbiq edilir. 

Foodinfo.az xəbər verir ki, limonun tərkibindəki təbii turşular və antibakterial xüsusiyyətlər ayaq qoxusunun qarşısını almağa və ayaqları təravətli saxlamağa kömək

Limonun tərkibindəki təbii antiseptik maddələr bakteriyaların çoxalmasının qarşısını alır və ayaqlarda xoşagəlməz qoxuların yaranmasını minimuma endirir.

Bu meyvənin turşusu ayaqlarda təravət hissi yaradır və corabları dezinfeksiya edir. Xüsusilə isti havalarda bu üsul ayaqları sərin və təmiz saxlamaq üçün faydalıdır.

Limonun antifungal təsiri ayaqlarda göbələk infeksiyasına qarşı təbii mübarizə vasitəsi ola bilər.

Bu üsulu tətbiq etmək üçün limon suyunu corablara az miqdarda sıxaraq corabları geymək olar. Lakin çox istifadə etməmək məsləhətdir, çünki limon turşusu dərini quruda bilər.