İmmunitet sistemini gücləndirmək və bədənin xəstəliklərə qarşı müqavimətini artırmaq üçün bəzi qidalar olduqca təsirlidir. Bu qidalar vitaminlər, minerallar və antioksidantlar baxımından zəngin olduğu üçün immunitetin möhkəmlənməsinə kömək edir.
Foodinfo.az immuniteti gücləndirən qidaları təqdim edir:
1. Sitrus meyvələri
- Portağal, qreypfrut, limon və naringi kimi sitrus meyvələri yüksək miqdarda C vitamini ehtiva edir. C vitamini immunitet sistemini gücləndirir və ağ qan hüceyrələrinin istehsalını artıraraq infeksiyalarla mübarizə aparır.
2. Zəncəfil
- Zəncəfilin iltihabəleyhinə və antioksidant xüsusiyyətləri immuniteti gücləndirir. Soyuqdəymə və boğaz ağrısı kimi hallarda xüsusilə təsirli bir vasitədir.
3. Sarımsaq
- Sarımsaq təbii antibakterial və antiviral xüsusiyyətləri ilə tanınır. Onun tərkibində olan alisin maddəsi immun sistemini stimullaşdıraraq infeksiyalardan qorumağa kömək edir.
4. Qoz və digər çərəzlər
- Qoz, badam və fındıq kimi çərəzlər E vitamini ilə zəngindir və bu vitamin immun hüceyrələrinin funksiyasını dəstəkləyir. Həmçinin omega-3 yağ turşuları da immuniteti möhkəmləndirir.
5. Qatıq
- Təbii qatıq probiotiklərlə zəngindir və bu, bağırsaqların sağlam qalmasına kömək edir. Bağırsaq sağlamlığı immun sisteminin güclənməsi üçün əsas rol oynayır, çünki immunitetin böyük hissəsi bağırsaqlarda formalaşır.
6. Yaşıl çay
- Yaşıl çayda flavonoidlər və katexinlər adlanan antioksidantlar mövcuddur. Bu maddələr immuniteti artıraraq bədənin infeksiyalarla mübarizəsini gücləndirir.
7. Balqabaq tumu
- Balqabaq tumu sink mineralı ilə zəngindir, bu mineral immunitetin güclənməsi və infeksiyalara qarşı müqavimətin artmasında mühüm rol oynayır.
8. İspanaq
- İspanaq bol miqdarda C vitamini, beta-karoten və digər antioksidantlar var ki, bunlar bədənə xəstəliklərə qarşı müqavimət göstərməkdə kömək edir.
9. Bal
- Bal təbii antibiotik və antiviral xüsusiyyətlərə malikdir. Boğaz ağrısı və soyuqdəymə kimi hallarda bədəni rahatlaşdırır və infeksiyaların qarşısını alır.
10. Qırmızı bibər
- Qırmızı bibər C vitamini və beta-karoten ilə zəngindir. C vitamini immunitet sistemini gücləndirir, beta-karoten isə dərini və selikli qişanı qoruyur.