Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, şirkət  şirkət təsərrüfat bölmə müdiri üzrə işçi axtarır. İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Təhsil: Ali təhsil
İşin Təsviri: Şirkət əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi məqsədilə tələb olunan iş şəraitinin təmin olunması. Vəzifə öhdəlikləri: - Tabeçiliyində olan təsərrüfat inzibatçılarının işlərinə nəzarət etmək; - Bölmənin iş strategiyasını tərtib etmək; - Şirkətin inzibati binalarının su təchizatı, havalandırma, işıqlandırma və sair sistemlərinin sazlığının qorunmasına nəzarət etmək; - Binanın təmir və təmizlik işlərini təşkil etmək və aparılmasına nəzarət etmək; - Ərazinin abadlaşdırma, yaşıllaşdırma, təmizləmə işlərinin görülməsini təmin etmək; - Əlamətdar günlərdə binaların fasadlarının və giriş hissələrinin bayramsayağı bədii tərtibatı işlərinin görülməsini təmin etmək; - Şöbələr daxilində mebel və digər inventarların vəziyyətini mütəmadi olaraq yoxlamaq və lazım gəldikdə müvafiq tədbirlər görmək. Tələblər: - Planlama qabiliyyəti; - Yüksək təşkilatçılıq bacarığı; - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təsərrüfat bölmə müdiri” yazıb göndərməklə müraciət edilir.