Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib. Foodinfo.az xəbər verir ki,şrikətlər qrupu tibb bacısı axtarır. Maraqlanan şəxslər müraciət edə bilərlər. İş yeri: Abşeron rayonu, Məhəmmədi kəndi İş təcrübəsi: 1-3 il Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili) Yaş həddi: 23-35 yaş İşin Təsviri: Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək. Vəzifə öhdəlikləri: - Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək; - Həkim təyinatının yerinə yetirilməsini təmin etmək; - Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək; - Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək. Tələblər: - Tibbi deontologiyanı bilmək; - Tibb bacısının iş prinsiplərini bilmək; - MS Office proqramlarını bilmək arzuolunandır. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Nahar ilə təmin edilmə. İş qrafiki: Növbəli iş qrafiki Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Tibb bacısı” yazıb göndərməklə müraciət edə bilərsiniz.