Veysəloğlu Şirkətlər Qrupu növbəti vakansiya elan edib
Vəzifə: Texniki ofis mühəndisi (Tikinti/inşaat)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 24-40
İşin Təsviri: Podrat müqavilələrinin tərtibatı və hazırlanması. Təhvil-təslim sənədlərini və ödəniş üçün müvafiq qeydləri təmin etmək. Bütün lazımlı metraj işlərini həyata keçirmək. Aylıq fəaliyyət məruzələrinin hazırlanmasını təmin etmək. İş proqramı və planlaşdırma fəaliyyətlərinə nəzarət etmək.
Vəzifə öhdəlikləri:
- Podrat müqavilələrini hazırlamaq, smeta sənədlərini yoxlamaq, təhvil aktlarını tərtib etmək, görülmüş işlərin dəyərini hesablamaq və uçotunu aparmaq;
- Tikintidaxili titul siyahılarına baxılması və yoxlanılmasında iştirak etmək;
- Sifarişçidən alınmış smeta sənədlərinin yoxlanmasını həyata keçirmək;
- İşlərin mərhələlər üzrə icra olunmasına aid cədvəlləri tərtib etmək;
- Limitləri qoyulmuş xərcləri əlavə etməklə, yerinə yetirilmiş işlərin dəyərəni hesablamaq;
- İcra olunmuş və sifarişçinin ödədiyi tikinti-quraşdırma işlərinin uçotunu aparmaq;
- İcra olunmuş işlərin nəzarət məqsədi ilə ölçülməsində iştirak etmək;
- Məxaric smetalarını tərtib etmək və lazım gəldikdə onları sifarişçi ilə razılaşdırmaq;
- Arbitrajda baxılması üçün iddia sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təsərrüfat hesablı briqadalar üçün işlərin, materialların və mexanikləşdirmə üzrə xərclərin hesablanma dəyərini müəyyən etmək.
Tələblər:
- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texniki ofis mühəndisi (Tikinti/inşaat)” yazmaqla CV göndərərək müraciət edilir.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?