Yanlış diyet ürəyə ciddi şəkildə zərər verə bilər. Xüsusilə yüksək miqdarda doymuş və trans yağlar, artıq duz və şəkər tərkibli qidalar ürək-damar xəstəlikləri riskini artırır.
Foodinfo.az xəbər verir ki, doymuş yağlar və trans yağlar LDL (“pis” xolesterol) səviyyəsini yüksəldərək damarların sərtləşməsinə (ateroskleroz) və nəticədə infarkt və iflic kimi ciddi problemlərə səbəb ola bilər.
Çox duz istifadəsi isə yüksək qan təzyiqinə, şəkərli qidalar isə piylənmə və diabetə gətirib çıxarır ki, bu da ürək üçün riskdir.
Sağlam qidalanma üçün lifli qidalar, meyvə və tərəvəzlər istehlak edilməli, duz və şəkər azaldılmalıdır.