Yemiş suyu təravətləndirici və qidalandırıcı bir içkidir. Tərkibində çox miqdarda su olduğuna görə yemiş suyu isti havalarda bədən üçün ideal sərinlədici içkidir. Bədəni nəmləndirir və susuzluğu tez aradan qaldırır.

Foodinfo.az xəbər verir ki, yemiş suyu A və C vitaminləri ilə zəngindir. Bu vitaminlər immuniteti gücləndirir və dərinin sağlamlığını dəstəkləyir. Həmçinin, tərkibində kalium var ki, bu da ürək-damar sisteminə faydalıdır və qan təzyiqini tənzimləyir.

Onun təbii lif tərkibi həzmə kömək edir və bağırsaq funksiyalarını normallaşdırır. Yemiş suyu qəbizlik və həzm problemlərinin qarşısını almaqda təsirlidir.

Aşağı kalorili olduğu üçün arıqlamaq istəyənlər üçün idealdır. Təbii şirinliyi ilə şəkər əlavə etməyə ehtiyac yoxdur, bu da onu sağlam bir alternativ edir.

Antioksidantları sayəsində dərinin elastikliyini artırır və qocalma əlamətlərinin qarşısını alır.