Duke Universiteti Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, orqanizmdə mikroplastiklərin yığılması parkinson xəstəliyinə səbəb ola bilər. 
Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Düzgün olmayan şəkildə utilizasiya edilmiş plastiklər çox incə hissəciklərə çevrilir, sonra suda, qidada, insanların və heyvanların qanında toplanır. Ekspertlər mikro və nanoplastiklərin nüfuzunun parkinson xəstəliyinin inkişaf riskini artıra biləcəyini bildirir.

Müəlliflər üç fərqli modeldən (test boruları, mədəni sinir hüceyrələri və parkinson xəstəliyi olan siçanlar) istifadə edərək polistirol nanohissəciklərinin xəstəliklə əlaqəli zülal alfa-sinukleinin yığılmasına kömək etdiyini aşkarlayıb. 

Qeyd edək ki, polistirol maddəsi birdəfəlik fincanlarda və plastik bıçaqlarda istifadə olunur.

Fərid