“İkinci çörək” adlandırılan kartof ən məşhur yan yeməklərdən biridir. Qızardılmış, qaynadılmış və püresi formasında istifadə olunur. Foodinfo.az bildirir ki, kartof bütün hallarda sağlam deyil. Bəzən bu tərəvəzi yemək sizi xəstəxana çarpayısına sala bilər.
Məşhur olarq bilinən odur ki, kartof qabığının yaşıl rəngli olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Lakin bu təkcə qabıqla bağlı deyil.
Tərəvəzdə tumurcuqlar göz görəcək səviyyədə varsa belə kartofları zibil qutusuna atmaq daha yaxşıdır.
Təcrübəmdə belə hallar olub ki, çoxuşaqlı ailənin bir neçə üzvü naharda belə kartof yeyəndən sonra ölüb.
Əgər qaynadılmış kartofda yaşıl ləkələr görsəniz, zəhərlənmə riski bir neçə dəfə artır. Bu tərkibindəki solaninin ilə əlaqəli ola bilər.
Qeyd edək ki, solanin zəhərlənməsi ürəkbulanma, qusma, qarın ağrısı, baş ağrısı, ishal kimi simptomlarla özünü göstərir.