Ürək-damar xəstəliklərini müalicə etməkdənsə, onların yaranmasının qarşısını almaq daha yaxşıdır. Bunun üçün sağlam həyat tərzi sürmək, pis vərdişlərdən imtina etmək, fiziki cəhətdən aktiv olmaq və düzgün qidalanmaq lazımdır.

Foodinfo.az xəbər verir ki, kardioloq və aritmoloq Mariya Serova ürək üçün faydalı olan qidaları açıqlayıb. 

O, meyvə-tərəvəz, bütöv taxıl və sağlam yağlarla zəngin balanslaşdırılmış qida rasionunun vacibliyini vurğulayıb.

Həkimin sözlərinə görə, ürək damarlarının həmçinin lif və antioksidant mənbələrinə ehtiyacı var. Belə qidalar damarların divarlarını gücləndirir və qanda şəkərin səviyyəsini tənzimləyir.

"Tərkibində A, B, C, E vitaminləri və dəmir olan nar xüsusilə yaşlı insanlar üçün faydalıdır. Bananda isə çoxlu kalium var ki, ürək əzələsini gücləndirir. Pomidor qan dövranını və sinir sistemini yaxşılaşdırır, balqabağın tərkibindəki pektin isə aterosklerozun inkişafının qarşısını alır", - deyə həkim izah edib.