Cənubi Afrika Respublikasından olan 110 yaşlı fermer uzunömürlülüyünün səbəbini açıqlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Polokwane Observer məlumat yayıb.
Limpopo əyalətinin Maraxve-Mbahela kəndindən olan Tanyani Cozef Radali 1913-cü ildə Ha-Ratombo kəndində anadan olub. və 1940-cı ildə Maraxve-Mbahelada məskunlaşıb.
Fermerin uzunömürlülüyünün sirri olduqca orijinal olub. “Uzun və xoşbəxt bir həyat istəyirsənsə, yalnız bir dəfə evlən. Bir qadından səkkiz uşağım var və bu, mənə uzunömürlülük bəxş edib" deyə fermer bildirib. Bundan əlavə, o, heç vaxt spirtli içki qəbul etmədiyi və çox işləmədiyi üçün bu qədər yaşadığını qeyd edib.
Yaşının çox olmasına baxmayaraq, Radaly mükəmməl görür, eşitmə qabiliyyəti yerindədir.
Fərid