İyul ayının hər üçüncü çərşənbə günü ABŞ ənənəvi amerikan yeməyinin şərəfinə yaradılmış Milli Hot Dog Günü qeyd olunur.
Foodinfo.az bildirir ki, bir çox insanlar hot-doqların Amerikada yarandığını düşünür, amma əslində belə deyil.
Onlar ilk dəfə 1487-ci ildə Almaniyada istehsal edilib və pivə üçün yaxşı qəlyanaltı hesab olunurdu və yeməyi bratwurst və ya frankfurter - "qızardılmış kolbasa" və ya "Frankfurt kolbasa" adlandırırdılar. Bu sendviçlərin hazırlanması texnologiyası 19-cu əsrin ikinci yarısında alman mühacirləri tərəfindən ABŞ-a gətirilib.
Sandviçlər ABŞ-da çox populyarlaşdı. Onları adi amerikalılar və yüksək dairələrin nümayəndələri yeyiblər. 1957-ci ildə ABŞ Ticarət Palatası bütün amerikalılar tərəfindən sevilən qəlyanaltının şərəfinə bayramı rəsmi olaraq təsdiqləyib. ABŞ-da isə bu münasibətlə bir neçə bayram keçirilir.
Statistikaya görə, orta hesabla hər amerikalı ildə təxminən 60 hot-doq yeyir. Popkorn və kola ilə yanaşı, sosiskalar ABŞ-ın milli mətbəxinin elementi hesab olunur.
Fərid