ABŞ-dan olan 73 yaşlı kişi Boeing 727 təyyarəsini evə çevirib və 24 il orada yaşayır. Bu barədə WOFL məlumat yayıb.
Keçmiş elektrik mühəndisi Brüs Kempbell 1999-cu ildə özünə qeyri-adi ev tikmək qərarına gəlib. O, istismardan çıxarılan təyyarəni 100 min dollar alıb. Ümumilikdə, torpağın alınması və digər xərclərlə birlikdə yeni ev kişiyə 220 min dollara başa gəlib.
Kempbell içəriyə hamam, paltaryuyan, soyuducu quraşdırıb. Təyyarə evində yaşamaq ona ayda 400 dollara başa gəlir ki, bu da torpaq vergisi və elektrik enerjisinə gedir. Amerikalı qeyri-adi evini konsertlər və digər tədbirlər üçün əlçatan edib və təyyarədə yaşamaq istəyənlərə pulsuz qalmağa icazə verir.
Fərid