Nadir bir xəstəlik səbəbiylə 50 yaşında görünən filippinli qadın bu yaxınlarda orta məktəbi bitirib və 18 yaşını qeyd edib.

Foodinfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Hələ 14 yaşında Raizel Kalaqo sağlam bir yeniyetmə idi, lakin o, tezliklə qeyri-adi simptomlar inkişaf etməyə başlayıb. Onun dərisində qırmızı, qaşınan ləkələr görünməyə başlayıb və qıza son dərəcə nadir bir xəstəlik - Hutchinson-Gilford sindromu kimi tanınan progeriya diaqnozu qoyulub. Bu, uşaqlarda sürətli qocalmaya səbəb olan genetik bir xəstəlikdir.

Nurlan