Orqanizm üçün ən faydalı meyvələrdən biri də nardır. Narın nəinki özü, dənələri, hətta qabığı da şəfa mənbəyidir. Narı soymaq nə qədər əziyyətli olsa da, orqanizmə olan xeyiri bu zəhmətə dəyər.
Adı "Qurani- Kərim"də keçdiyi üçün, xalq arasında "Cənnət meyvəsi" olaraq da adlandırılır. Narı, gündəlik istifadə etsəniz, yorğunluğunuz aradan qalxar, və bədəniniz güclənər. Həmçinin xolestrol və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olaraq, ürək sağlamlığının qorunmasında da köməkçi olur.
Nar qida dəyəri baxımından da olduqca zəngindir. Tərkibində kalium və dəmir mineralı ilə C vitamini kimi bir çox vitamin olan meyvədir. Nar, B1, B2 vitaminləri ilə kalsium və fosfor mineral da saxlayır.
C, B1 və B2 vitaminlərinin yanında zəngin kalium ehtiva edən və təxminən bir stəkan nar suyu gündəlik ehtiyacımız olan C vitamininin 25% -ini qarşılayır.
Odur ki, cənnət meyvəsinin mövsümündə orqanizminizi tez-tez sevindirin. (Publika)
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB