Allergiya insanın immun sisteminin anomaliyasıdır. Bu anomaliya qıcıqlandırıcılara (allergenlərə) həddindən artıq reaksiyaya səbəb olur.
Foodinfo.az xəbər verir ki,həkim-allerqoloq Yekaterina Prtnyaqa allergiyanın ən nadir növlərini açıqlayıb.
Onun sözlərinə görə, bəzi insanlar hətta su ilə təmasda olduqda belə, bədənlərində səpgi və qabarcıqlar əmələ gəlir. Bu, suyun tərkibindən asılı olmadan baş verir.
Digər nadir reaksiya vibrasiyaya qarşı allergiyasıdır.
Avtomobildə uzun səfər, "Amerika təpələri" atraksionunda silkələnmək və ya sadəcə dəsmal ilə silinmək vibrasiya övrəsinə, yaxud vibrasiya allergiyasına səbəb ola bilər. Övrə, qızartı və şişkinlik kimi tipik simptomlarla yanaşı, bəzi insanlarda başgicəllənmə, baş ağrıları, bulanıq görmə, ağızda metal dad kimi əlamətlər müşahidə oluna bilər.
Nadir və həyati təhlükəsi olan allergik reaksiyalardan biri soyuğa olan reaksiyasıdır. Bu allergiyası olan insanların qan təzyiqi, xüsusən də soyuq temperaturlara məruz qaldıqda, ani düşə bilər. Soyuqla təmasda bədəndə yaranan övrə isə mülayim reaksiyadır.
Leyla