Rusiyanın qütb tədqiqatçıları Antarktidada yerləşən “Vostok” stansiyasında ilk dəfə qarpız yetişdirə biliblər. Alimlərin fikrincə, onun dadı normal şəraitdə yetişdirilənlərdən heç də pis deyil.

Foodinfo.az xəbər verir ki, bu təcrübə Aqrofizika Tədqiqat İnstitutu və Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutu ilə birgə aparılıb. 

Alimlər uyğun temperatur və hava rütubəti olan fitotexniki kompleksdən istifadə edərək bitkilərin inkişafı üçün xüsusi şərait yaradıblar.

Bu layihə qütb tədqiqatçılarını təzə tərəvəz və giləmeyvə ilə təmin etməklə yanaşı, onların emosional vəziyyətinə də müsbət təsir göstərib. 

Stansiyanın aparıcı geofiziki Andrey Teplyakov qeyd edib ki, bitkilərin böyüməsini müşahidə etmək sevinc və müsbət emosiyalar gətirir. 

Təcrübə 103 gün davam edib və nəticələr ürəkaçan olub: qarpızlar böyük və dadlı alınıb.

“Vostok” stansiyasında belə təcrübələr 2020-ci ildən aparılır və alimlər bitkilərin, o cümlədən böyürtkən, qaragilə və çiyələk yetişdirilməsi texnologiyasını bundan sonra da inkişaf etdirməyi planlaşdırırlar. “Vostok” stansiyası dəniz səviyyəsindən 3488 metr yüksəklikdə yerləşir və planetin ən sərt iqlim şəraitinə malikdir.

Leyla