ABŞ-nin texnologiya nəhəngi “Apple” kompaniyasının bazar dəyəri iki gün ərzində 190 milyard ABŞ dolları ucuzlaşıb.
NHK kanalına xəbər verir ki, Nyu-York birjasında “Apple” şirkətinin səhmlərinin dəyəri sentyabrın 5-də və 6-da müvafiq olaraq 3,6 və 2,9 faiz ucuzlaşıb. Şirkətin səhmlərinin ucuzlaşması “Wall Street Journal” və digər media orqanlarının Çində dövlət qurumlarının işçilərinə “iPhone” smartfonlarından istifadənin qadağan edilməsi barədə xəbərlər yaymasından sonraya təsadüf edib.
Qeyd edək ki, Çin “Apple” şirkətinin əsas bazarlarından biridir. Şirkətin qlobal satışlarının təxminən 20 faizi Çinin payına düşür.