Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən ötən ilin yanvar ayından etibarən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi və digər zoonoz xəstəliklər qeydə alınıb. Xəstəliyin yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib və hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyi davam edir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırır ki, ölkə ərazisini xəstəlik qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür. Foodinfo.az xəbər verir ki, xəstəliyin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə 3 mart 2021-ci il tarixində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyinə qarşı sahə və stolüstü simulyasiyası təlimi” keçirilib. Təlim çərçivəsində quşlarda yüksək patogen quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, xəstəliyin zamanında aşkarlanması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müəyyən edilib. Təlim çərçivəsinə quş qripi xəstəliyi və diaqnostikası, klinik araşdırma biotəhlükəsizlik və biomühafizə üzrə prinsiplər, şəxsi və sahə tədqiqatında biomühafizəyə dair zəruri məlumatlar verilib. Qeyd edək ki, “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyinə qarşı sahə və stolüstü simulyasiyası təlimi” 4 fevral 2021-ci il tarixində sahə simulyasiyası formatında davam etdiriləcək. [gallery ids="35080,35081,35082"]