Alimlər arı pətəklərini talamaq üçün bal bələdçi quşlarının bal porsuqları ilə əməkdaşlığı haqqında öyrəniblər.
Foodinfo.az bildirir ki, bu barədə “Journal of Zoology”də dərc olunan araşdırmada qeyd olunur. 
Nelə ki, mum sevmələri ilə tanınan bal bələdçisi quşların arı pətəklərinə nüfuz etmək gücü yoxdur. Onlar adətən insanlara vəhşi pətəkləri tapmağa “kömək edir” və bal yığanlar getdikdən sonra mumu yeməyə başlayırlar. Tədqiqatın müəllifləri quşların bal porsuqları ilə “əməkdaşlıq”  etdiyi fikrini də irəli sürüb.
Elm idda edir ki, bal porsuqları pətəklərə nüfuz etmək üçün lazım olan gücə malikdir, lakin onların görmə və eşitmə qabiliyyəti zəifdir. Bu, bələdçi quşları isə porsuqlara balı tapmaöa kömək edir və pətəyə çatmalarına yardım edirlər. Nəticədə porsuqlar balı, quşlar isə mumu yeyir.

Nərmin