Yalnız səhər dişlərinizi fırçalasanız və ya axşam fırçalamağı atlasanız, müəyyən xəstəliklərə tutulma riskiniz daha yüksəkdir.

Foodinfo.az bildirir ki, bu barədə alimlər araşdırmalar aparıb.
Alimlər qrupu 2013-cü ilin aprelindən 2016-cı ilin martına qədər Yaponiyanın Osaka Universitet Xəstəxanasına qəbul edilən 20 və daha yuxarı yaşlı insanları izləyib. Araşdırmada xəstəxananın stomatoloji şöbəsinə müraciət edən xəstələr də nəzərə alınıb.
Tədqiqatda ümumilikdə 1675 nəfər iştirak edib. Onlar dörd qrupa bölünüblər. Bir qrup gündə iki dəfə (MN qrupu), digəri yalnız səhər (M qrupu), üçüncüsü yalnız axşam (N qrupu), dördüncüsü ümumiyyətlə dişlərini fırçalamayıb. 

Təcrübənin nəticələrinə görə, M və N qruplarından olan insanlara digərlərinə nisbətən daha ağır diaqnozlar qoyulub.  MN qruplarında ürək-damar xəstəlikləri daha az müşahidə olunub.

Leyla