Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsullarının sınağı üçün 4 laboratoriyanın akkreditasiyası üzrə işlərə başlayıb ki, onlardan artıq ikisi üzrə hazırlıq prosesi tamamlanıb.
Foodinfo xəbər verir ki, gələn ilin əvvəlində akkreditasiya şirkətləri ilə işlər aparılacaq və ilin ortalarına həmin laboratoriyalar üzrə akkreditasiya prosesi başa çatdırılacaq.
"Hazırda Agentlik yerli akkreditasiyaların keçirilməsi ilə bağlı müvafiq orqanlarla iş aparır. Görülən işlərin əsas məqsədlərindən biri Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır ki, bu istiqamətdə artıq yaxın illər ərzində konkret nəticələrin əldə olunacağı gözlənilir. Ölkənin akkreditasiya qurumunun müvafiq beynəlxalq təşkilatlarına üzv olması təkrar akkreditasiyaya proseduralarının keçməsinə zərurət yaratmayacaq. Belə ki, milli akkreditasiya artıq beynəlxalq akkreditasiya kimi qəbul ediləcək", - deyə mənbə bildirib.
Nurlan
Son xəbərlər
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır