Argentina Superliqasının 19-cu turunda "Rasinq" və "İndependente" arasında keçirilən matçda maraqlı hadisə baş verib. Foodinfo.az Sputnik.az-a istinadən xəbər verir ki, "Rasinq"in çilili yarımmüdafiəçisi Marselo Dias qarşılaşmanın fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib. Maraqlıdır ki, futbolçu görüşdə yeganə qolun müəllifi olub. O, görüşün 86-cı dəqiqəsində fərqlənib.
Qeyd edək ki, 33 yaşlı Marselo Dias 2012-2017-ci illərdə Avropanın "Bazel", "Hamburq", "Selta" kimi klublarında top qovub.
https://www.youtube.com/watch?v=prZicsJ8N24
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir