Sakit okeanda 1 ay qalmış dörd nəfər, o cümlədən on iki yaşlı yeniyetmə xilas edilib. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, onlar qayıq qəzasından sonra açıq okeanda köməksiz qalıblar. İki gənc, həmçinin ana və 12 yaşlı qızı qidasız sağ-salamat qalmağa nail ola biliblər. Hər şey dekabrın sonlarında on iki nəfərdən ibarət qrupun Solomon adalarından ən böyüyünü tərk edərək Kilinailau adasına yollanmasından sonra başlayıb. Onlar Milad bayramını mərcan adasında qeyd etməyi planlaşdırıblar, lakin qayıq okeanda aşıb və bir neçə nəfər suda boğulub. Sağ qalanlar bir ay ərzində həyat uğrunda mübarizə aparmağa başlayıblar. “Qayıqdakı cütlük öldü, yalnız onların körpəsi sağ qaldı. Mən onu əlimdə saxlayırdım. Ancaq tezliklə körpə də öldü", - deyə sağ qalan gənclərdən biri nəşrə danışıb. Qayığın sərnişinlərinin qidası qurtardıqda onlar susuzluqlarını kasaya yığdıqları yağış suyu ilə yatırtmağa başlayıblar. Sağ qalanlar yanlarında üzən kokos qozlarını və ya tuta bildikləri balıqları yeməklə qidalanıblar. Xilas edilənlərdən birinin sözlərinə görə, onların yanından bir neçə dəfə balıqçı gəmiləri keçib, lakin balıqçılar kiçik qayığa fikir verməyiblər. Qayıq yeni Kaledoniya adasına yaxınlaşdıqda sərnişinlər xilas edilib. Sağ qalanlar Solomon adalarının paytaxtı Xoniar şəhərinə çatıdırılıblar. Bura onlar uzunmüddətli və yorucu üzgüçülükdən sonra müalicə kursu keçirlər.