"Bir insanın liposaksiyada - (artıq yağ toxumasının çıxarılması əməliyyatı) etdirdiyini müəyyən etmək olduqca çətindir, lakin mümkündür".

Foodinfo.az xəbər verir ki, bu sözləri plastik cərrah Nadejda Petraş deyib.

O bildirib ki, liposaksiya etdirən şəxsin qarın, bud, omba nahiyəsində piy qeyri-bərabər şəkildə yayılıb.

Bu əməliyyatdan sonra böyük çapıqların qalmadığını vurğulayan Petraş qeyd edib ki, çox da idmanla məşğul olmayan birinin qarnındakı əzəzlə kubları plastik cərrahın əl işi ola bilər.

Petraş əlavə edib ki, hazırda bir çoxları yalnız liposaksiyaya deyil, həm də lipofillinq və ya liposkulpturaya, yəni piyləri bədənin bir nahiyəsindən digər nahiyəyə köçürməyə imkan verən prosedurlara müraciət edirlər. Sonuncu əməliyyat xüsusilə döş əzələləri, qolların triseps və biseps nahiyəsində tez-tez edilir. Liposkulptura köməyi ilə hətta press görünüşünü də yaratmaq mümkündür.

Lakin qeyri-mütəxəssisin bir insanın bu prosedurlardan keçib-keçmədiyini bilməsi, demək olar ki, mümkün deyil.

Leyla