Boğazda yaşayan bakteriyalar A qrupu streptokokların törətdiyi təhlükəli infeksiyanın ötürülməsinin əsas səbəbidir, Piter Doerti adına İnfeksiya və İmmunitet İnstitutunun və Avstraliyanın Menzies Tibbi Tədqiqatlar Məktəbinin alimləri belə qənaətə gəliblər. 

Foodinfo.az xəbər verir ki, onların məqaləsi "The Lancet Microbe" jurnalında dərc olunub.

Tədqiqatçılar qeyd ediblər ki, "Streptococcus pyogenes" adətən dəridə və boğazda olur - onlar angina və revmatik ürək xəstəliyinə səbəb ola bilər. Alimlər streptokokların ötürülmə prosesini təhlil ediblər. Bunun üçün onlar Avstraliyadakı yerli xalq icmalarının nümayəndələrinin boğazından və dərinin impetiqo xəstəliyinə məruz qalan nahiyələrindən götürülmüş yüzlərlə bakterial nümunənin genetik tərkibini öyrəniblər.

Alimlər müəyyən ediblər ki, streptokoklar əsasən infeksiya əlamətləri olmayan insanların boğazından keçir. Halbuki daha öncə tədqiqatçılar bunun dəri vasitəsilə baş verdiyini düşünürdülər. 

Hazırda mütəxəssislər boğazdakı bakteriyalarla mübarizə aparacaq, infeksiyanın yayılmasının qarşısını daha effektiv şəkildə alacaq vaksinlər hazırlamaq imkanı əldə edirlər.

Nurlan