Avstriya paytaxtı Vyanadan olan model Vena Vürstel çoxsaylı dodaq şişirtmə prosedurlarından sonra yemək və içməkdə çətinlik çəkir.
Foodinfo.az xəbər verir ki, bu barədə "Daily Mirror" yazır.
Belə ki, o, plastik prosedurlara təxminən 16 min avro xərcləyib. Hazırda qadinin dodaqlarına 30 millilitrdən çox dolğu vurulub. Vürstel, həmçinin, alnını və yanaqlarını dəyişdirib və bir neçə estetik əməliyyat keçirib. Nəhəng dodaqlarına görə yemək yeməkdə çətinlik çəksə də, model bununla kifayətlənmək niyyətində deyil.
“Dodaqlarımı bundan da çox böyütmək üçün səbirsizlənirəm. Avropada ən böyük dodaqların sahibi olmaq istəyirəm. Dodaqlarım məni sonsuz dərəcədə xoşbəxt edir. Mən həmişə onların məhz belə olmasını istəmişəm”, - deyə qız jurnalistlərə bildirib.