Əşyalarınlıza qan, qəhvə, çay, mürəbbə və ya süd məhsulları ləkə salıbsa, onları yalnız soyuq suda yumaq lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu məsləhəti Rusiya Dövlət Təhsil Universitetinin kimya üzrə eksperti Natalya Yurova verib. 

Onun sözlərinə görə, isti su kimyəvi reaksiyalar yarada, zülalların laxtalanmasına və ləkələrin parçaya daha da hopmasına səbəb ola bilər.

Yurova belə ləkələrin hopmasının qarşısını almaq üçün onları yalnız 30 dərəcən isti olmayan suda yumağı tövsiyə edir. O, həmçinin, ipək və yundan olan, eləcə də metal saplar və dekorativ elementlərlə bəzədilən əşyaları yüksək temperaturda yumamağı məsləhət görür. Mütəxəssis qeyd edir ki, günümüzdə soyuq suda ləkələri aparmaq üçün bir çox təsirli vasitələr mövcuddur.

Nurlan