ABŞ-ın Rod-Aylend ştatından olan cütlük restoranda şam yeməyi zamanı ilbizin içərisindən mirvari tapıb və onunla nişan üzüyünü bəzəyiblər.

Foodinfo.az bildirir ki, bu barədə UPI məlumat yayıb.
2021-ci ilin dekabrında Sandy Sikorsky və Ken Steinkamp Westerlydəki The Bridge Restaurant və Raw Bar-da nahar ediblər. Qadının qardaşı və həyat yoldaşı onların yanında olub. Nahar zamanı Sikorski təqdim olunan qabıqlı ilbizin sonuncusunu yeməyə başlayıb və ağzında yumru bir şey hiss edib.
Araşdırma zamanı bunun mirvari olduğu və meydana gəlməsinin təxminən 50 il çəkə biləcəyi aydınlaşıb.
Cütlük nişanlarını eyni restoranda qeyd edib. Onlar öz hekayələrini müəssisənin sahibinə danışıblar, o, daimi müştərilərinin başına gəldiyinə görə çox sevindi. Restoran sosial şəbəkədə mirvari və üzüyün fotolarını yayıb.

Nərmin