İngiltərənin Cənubi Yorkşir əyalətinin Donkaster şəhərinin sakini 38 kiloqram arıqlayıb və effektiv arıqlamanın sirlərini bölüşüb.

Foodinfo.az bildirir ki, bu barədə Fox News xəbər verir.
42 yaşlı dörd uşaq anası Laura Conson 10 ildir ki, arıqlamağa çalışır. Onun sözlərinə görə, əvvəllər o, doğuşdan sonra tez formada ola bilib və yalnız dördüncü övladı dünyaya gələndən sonra bu problemə çevrilib. Qadın müxtəlif pəhrizlər, arıqlamaq üçün şirələr sınayıb lakin nəticə ala bilməyib. 
Consonun dediyinə görə, o, utandığı üçün dostları ilə görüşə gəlməkdən imtina etdikdən sonra həyatını dəyişmək və sağlamlığına diqqət yetirməkdə qərarlı olub. Dostunun məsləhəti ilə qadın mədənin həcmini azaltmaq üçün əməliyyat etmək qərarına gəlib. Az sonra Conson arıqlamağa başlayıb. 
İl ərzində Conson 38 kiloqram arıqlamağı bacarıb. İndi o, həddindən artıq yemir və düzgün bəslənməyə riayət edir. Bundan əlavə, o, halqa ilə məşq etməyə davam edir, çox gəzir və qaçır. “Həyatım daha əyləncəli oldu. Uşaqlarımla əvvəllər etmədiyim şeyləri sınayıram. Köhnə həyatımı geri qaytardım və indi əvvəlki kimi yenidən masalarda rəqs edirəm "deyə o, əlavə edib.

Nurlan