Polşanın Szczecin şəhərində olan Qacek adlı dünyanın ən kök pişiyi rekordu əldən nverib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Qacek Google Maps-də turistlərdən beş ulduz aldıqdan sonra tanıənmağa başlayıb. Ona yaşadığı küçənin adına görə Kaşubiya kralı ləqəbi verilib.
Pişiyin reytinqi şəhərin ənənəvi turistik yerlərinin reytinqini üstələyib. Şərhlərdə pərəstişkarları Qaceki “rok ulduzu”, “şəhərin kralı”, “bütün zamanların ən yaxşısı” və “şəhər ikonu” kimi adlandırıblar.
Yerli mağazalar hətta üzərində onun şəkli olan çantalar da satmağa başlayıb. New York Post, The Guardian və Bild kimi qəzetlər onun haqqında məqalə dərc edib.
Lakin şəhər heyvan sığınacağı tezliklə Qacekin artan çəkisi ilə bağlı narahatlığını bildirib. Sığınacaq işçiləri pişiyin kökəlməsini heyvanı daim qidalandıran turistlərin səxavəti ilə əlaqələndirdilər. Həkimlər Qaceki pəhriz vasitəsilə arıqlamağa məcbur ediblər.