Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı iti kimi tanınan Bobi adlı Rafeiro do Alentejo iti 32 yaşını görə bilməyib. Foodinfo.az bildirir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytı məlumat yayıb.

Bobi 31 il 165 gün yaşayıb. O, bütün bu vaxtını Portuqaliyanın Leiria şəhəri yaxınlığındakı Conqueiros kəndində Kosta ailəsi ilə keçirib. Oktyabrın 21-də vəfat edib və bu barədə ilk məlumat verən baytar Karen Bekker olub

Ginnesin Rekordlar Kitabı Bobini 2 fevral 2023-cü ildə tarixin ən yaşlı iti kimi qeydə alıb. O, 1992-ci ildə anadan olub.

İtin sahibi 38 yaşlı Leonel Kosta may ayında ev heyvanının 31 yaşını qeyd etmək üçün ziyafət təşkil etmişdi. Tədbirdə 100-dən çox qonaq iştirak edib, onların arasında digər ölkələrdən olan Bobi pərəstişkarları da olub.

Fərid